Azərbaycan, Bakı, 15 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün çərşənbə axşamı Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlib.
MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.