...

Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib (FOTO)

Siyasət Materials 15 May 2012 22:47 (UTC +04:00)
Mayın 15-də Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib.
Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 15-də Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Bu barədə AzərTAc xəbər yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşılayıb.

İclası açan Rusiya Prezidenti Vladimir Putin Birliyin üzvü olan ölkələrin dövlət başçılarına dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Daha sonra hazırda MDB-yə sədrlik edən Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

İclasda dövlət başçıları MDB məkanında müxtəlif sahələrdə əməkdaşlığın və inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.

Foto AzərTAc

Xəbər lenti

Xəbər lenti