...

Qafqaz Müsəlmanları İdarəsi İranın Azərbaycandakı səfirliyinin bəyanatına münasibət bildirib

Siyasət Materials 17 May 2012 20:01 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanata münasibət bildirib.
Qafqaz Müsəlmanları İdarəsi İranın Azərbaycandakı səfirliyinin bəyanatına münasibət bildirib

Azərbaycan, Bakı, 17 may /Trend/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanata münasibət bildirib.

"Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq dini-mənəvi dəyərlərimizə zidd olan gey-parad keçirilməsinə heç bir zaman haqq qazandırmayıb. Bununla bağlı bizə bildirilən iradların heç bir əsası yoxdur. Azərbaycan dövləti və cəmiyyətimiz də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur. Rəsmi səviyyələrdən QMİ-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatlığa ehtiyac yoxdur", - QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan açıqlamada bildirilir.

Qeyd olunur ki, lakin narahatlıq doğuran məqam bundan ibarətdir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlərimiz, xalqlarımız arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyillər yaradıb.

"QMİ olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq", - İdarənin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti