...

Niderlandın siyasi partiyasının nümayəndələri Azərbaycanda müzakirələr keçirir

Siyasət Materials 4 İyun 2012 10:27 (UTC +04:00)
Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və partiyanın Gürcüstandakı yerli nümayəndəsi Levan Tsutskiridze Azərbaycana faktaraşdırıcı səfər edib.
Niderlandın siyasi partiyasının nümayəndələri Azərbaycanda müzakirələr keçirir

Azərbaycan, Bakı, 4 iyun /Trend müxbir M.Əliyev/

Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və partiyanın Gürcüstandakı yerli nümayəndəsi Levan Tsutskiridze Azərbaycana faktaraşdırıcı səfər edib. Bu barədə bazar ertəsi Trend-ə deputat Elxan Süleymanov bildirib.

Səfərin məqsədi Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların NÇDİ ilə əməkdaşlıq maraqlarını öyrənməkdir.

Səfər zamanı Kati Piri və Levan Tsutskiridze Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla görüşüb, həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, deputat Asəf Hacıyev, Ana Vətən Partiyası sədrinin müavini, deputat Zahid Orucla görüşləri nəzərdə tutulub.

NÇDİ-nin rəhbəri Avronest PA-nın həmsədri Kristian Vigendir.

Xəbər lenti

Xəbər lenti