...

Kayrat Mami: Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr yüksək templə inkişaf edir

Siyasət Materials 8 İyun 2012 11:14 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr yüksək templə inkişaf edir, ilbəil ticarət dövriyyəsi artır.
Kayrat Mami: Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr yüksək templə inkişaf edir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr yüksək templə inkişaf edir, ilbəil ticarət dövriyyəsi artır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanda səfəri səfərdə olan Qazaxıstan Senatının sədri Kayrat Mami bildirib.

Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil edib. Mami iki ölkənin birgə müəssisələrinin fəaliyyət göstərdiyini, onların arasında Bakıdakı taxıl terminalını xüsusi vurğulayıb.

Senat sədri bildirib ki, Qazaxıstandan Azərbaycana taxıl, neft məhsulları və neft avadanlıqları ixrac olunur. O, Qazaxıstanda 130 min azərbaycanlının yaşadığını qeyd edib. Onların ölkənin digər vətəndaşları kimi Qazaxıstanın gələcəyi üçün çalışdığını deyib.

"Qazaxıstanda Azərbaycan diasporu aktiv fəaliyyət göstərir. İki ölkə arasında canlı körpü rolunu oynayır", - Mami əlavə edib.

Xəbər lenti

Xəbər lenti