...

İranın sabiq vitse-prezidenti ölkəsinin Azərbaycanla münasibətlərinə aydınlıq gətirib

Siyasət Materials 22 İyun 2012 10:00 (UTC +04:00)
İranla Azərbaycan arasında heç bir problem görmürəm. Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə cümə günü İranın sabiq vitse prezidenti Həsən Qafuri Fərd deyib
İranın sabiq vitse-prezidenti ölkəsinin Azərbaycanla münasibətlərinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

İranla Azərbaycan arasında heç bir problem görmürəm. Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə cümə günü İranın sabiq vitse-prezidenti Həsən Qafuri Fərd deyib.

"Bizim müştərək tariximiz və dinimiz var, 30 faiz əhali azəri türkcəsində danışır. İranın ölkə rəhbərliyində çoxsaylı azərbaycanlı təmsil olunur", - o deyib.

Fərd xüsusi qeyd edib ki, bu gün İranın Ali Dini lideri Azərbaycan əsillidir.

"Bu səbəbdən bizim aramızda heç bir problem yoxdur. Azərbaycan və İran qardaş dövlətlərdir", - o deyib.

Ermənistan-İran, İran-Azərbaycan münasibətlərinə toxunan sabiq vitse-prezident bildirdi ki, bu gün İran-Azərbaycan münasibətləri İran-Ermənistan münasibətlərindən qat-qat güclü və möhkəmdir.

Xəbər lenti

Xəbər lenti