...

Ayaz Mütəllibov: “Eks-prezidentlər haqqında” qanunun qəbulu demokratiyanın inkişafında mühüm addımdır

Siyasət Materials 30 İyun 2012 12:31 (UTC +04:00)
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov eks-prezidentlər haqqında qanunun qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin iradəsini yüksək qiymətləndirib.
Ayaz Mütəllibov: “Eks-prezidentlər haqqında” qanunun qəbulu demokratiyanın inkişafında mühüm addımdır

Azərbaycan, Bakı, 30 iyun /Trend, muxbir E.Mehdiyev/

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov eks-prezidentlər haqqında qanunun qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin iradəsini yüksək qiymətləndirib.

"Əlbəttə ki, eks-prezidentlər haqqında qanunun qəbulu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə əlaqələndirilməlidir. Bu da Azərbaycan demokratiyasının inkişafında mühüm addımdır. Eyni zamanda, qanun ölkədaxili siyasi mühitə də müsbət təsir göstərməyə bilməz. Arzum budur ki, xalqı birləşdirən bu cür addımların sayı çox olsun. Fürsətdən istifadə edərək ölkə Prezidenti İlham Əliyevə, qanunun müəlliflərinə, parlamentdə müzakirələr zamanı qanunu dəstəkləyən deputatlara, siyasi xadimlərə, sıravi vətəndaşlara öz səmimi minnətdarlığımı bildirirəm", - Trend-in məlumatına görə, bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) 12-ci qurultayının iştirakçılarına müraciətində Mütəllibov deyib.

Mütəllibov müraciətində siyasətdən getməsinə də aydınlıq gətirib.

"Bu qanun keçmiş dövlət başçılarına layiqli qiymət verir. Bu da mənə, ailə üzvlərimə illər boyu çəkilən iztirabların qarşılığında mənəvi rahatlıq verir. Əziz dostlar, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir. Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə partiya üzvlüyündən azad olunum. Bu addımımım səbəbi odur ki, mən ailəmlə məşğul olmaq istəyirəm, həmçinin səhhətimə diqqət yetirmək istəyirəm", - sabiq prezident deyib.

Xəbər lenti

Xəbər lenti