...

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 İyul 2012 18:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Amerika Yəhudi Komitəsi icraçı direktorunun Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi.

Cənab Devid Harris ölkəmizə ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə etdi. Ötən dövr ərzində paytaxtda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq müasir memarlıq üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının Bakıya xüsusi yaraşıq verdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti