Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ ordusunun Avropa Komandanlığının Quru Qoşunları Komandanı general-leytenant Mark Fillip Hertlinqi qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələlərinin perspektivləri və bölgədə hərbi-siyasi vəziyyət müzakirə mövzusu olub.