Azərbaycan, Bakı, 19 iyul /Trend/
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyulun 19-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin İcmalar Palatasının üzvü Layəm Foksu qəbul edib.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.