...

Elmar Məmmədyarovun Argentinaya rəsmi səfərinin proqramı açıqlanıb

Siyasət Materials 26 İyul 2012 16:09 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Argentinaya rəsmi səfərinin proqramı açıqlanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti Argentina Xarici İşlər və Etiqad Nazirliyinə istinadən məlumat verib.
Elmar Məmmədyarovun Argentinaya rəsmi səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Argentinaya rəsmi səfərinin proqramı açıqlanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti Argentina Xarici İşlər və Etiqad Nazirliyinə istinadən məlumat verib.

İyulun 26-da Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyətini Buenos-Ayres şəhərindəki San Martin Sarayında qəbul edəcək.

Nümayəndə heyətləri cümə axşamı səhər San Martin Sarayında Argentina-Azərbaycan biznes forumunda iştirak edəcək, günün ikinci yarısı isə iş adamlarının iştirakı ilə ikitərəfli işgüzar görüşlər keçiriləcək.

Məmmədyarovun argentinalı nazirlər Hektor Timerman, Debora Giorgi, Norberto Yahuar və Xulio de Vido və daxili və xarici ticarət katibləri Gilyermo Moreno və Beatris Paqlieri ilə işgüzar görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Hektor Timerman 200 argentinalı iş adamı ilə birgə cari ilin iyul ayının əvvəllərində Azərbaycana rəsmi səfər etmişdi.

Xəbər lenti

Xəbər lenti