...

Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 2 Avqust 2012 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti