...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Siyasət Materials 12 Sentyabr 2012 15:48 (UTC +04:00)
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana gəlir. Bu barədə çərşənbə günü Trend-ə Aİ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir S.Ağayeva/

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana gəlir. Bu barədə çərşənbə günü Trend-ə Aİ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Lefortun hakimiyyət nümayəndələri ilə rəsmi görüşləri sabah başlayacaq. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səfəri zamanı Azərbaycan Prezidenti, Baş nazir, XİN rəhbəri, eləcə də iqtisadi inkişaf, təhsil və səhiyyə nazirləri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, Lefort bu vəzifəyə ötən ilin avqustunda təyin olunub.

Xəbər lenti

Xəbər lenti