...

Elmar Məmmədyarov: Azərbaycan Qəmər adalarına kömək etməyə hazırdır

Siyasət Materials 26 Sentyabr 2012 17:51 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Qəmər adalarının xarici işlər naziri Əhməd Bin Səid Cəfər ilə görüş keçirib.
Elmar Məmmədyarov: Azərbaycan Qəmər adalarına kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Qəmər adalarının xarici işlər naziri Əhməd Bin Səid Cəfər ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əhməd Cəfər aramsız yağan leysan yağışların adanın iqtisadiyyatına mənfi təsir göstərdiyini, kənd təsərrüfatına və infrastruktura ciddi ziyan vurduğunu qeyd edib. O, Azərbaycan şirkətlərinin Qəmər adalarında infrastruktur layihələrin həyata keçirilməsində iştirak etməsi imkanlarının nəzərdən keçirilməsini xahiş edib.

Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Qəmər adalarındakı vəziyyətlə bağlı üzv dövlətlərə müraciət etdiyini yada salaraq, Azərbaycanın kömək etməyə hazır olduğunu bildirib. Nazir, eyni zamanda, Qəmər adalarından olan tələbə və gənc diplomatların təhsil almaları üçün Azərbaycan Diplomatik Akademiyasında imkanların mövcud olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti