...

İlham Əliyev Bolqarıstanın keçmiş Prezidentini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2012 19:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib.
İlham Əliyev Bolqarıstanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib.

Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovun Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirə dünyada və regionda böyük marağın olduğunu bildirdi. Forumda 70-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev tədbiri humanitar əməkdaşlıq sahəsində mühüm beynəlxalq layihə kimi dəyərləndirdi.

Georgi Pırvanov Bolqarıstanın dövlət başçısı vəzifəsində çalışarkən Azərbaycan Prezidenti İlham Əliyevlə həyata keçirdikləri birgə səylər nəticəsində ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxdığını məmnunluqla qeyd etdi. Georgi Pırvanov dostluq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti