...

Fazil Məmmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Siyasət Materials 5 Oktyabr 2012 19:21 (UTC +04:00)
Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov oktyabrın 5-də səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir.
Fazil Məmmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov oktyabrın 5-də səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vergilər naziri BMT-nin Azərbaycandakı nümayəndəliyinin, xüsusən səfir Akçuranın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirərək faydalı əməkdaşlığa görə ona öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Məmmədov qeyd etmişdir ki, dünyanın ən mötəbər təşkilatı olan BMT-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycanda həyata keçirilən islahatlara daim dəstək vermiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müxtəlif layihələrində və tədbirlərində də yaxından iştirak etmişdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura Azərbaycanda çalışdığı müddətdə ölkəmizdə böyük quruculuq işlərinin şahidi olduğunu, ölkəmizin sürətlə dünya birliyinə inteqrasiya etdiyini, bunun nəticəsi olaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildiyini və qlobal problemlərin həllinə öz töhfəsini verdiyini vurğulamışdır.

İşlədiyi müddətdə Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları da yaxından izlədiyini bildirən Akçura gələcəkdə BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminl olduğunu bildirmişdir.

Görüş səmimi və faydalı müzakirə şəraitində keçmişdir.

Xəbər lenti

Xəbər lenti