...

"Azad Suriya Ordusu" ölkədəki böhrana xarici müdaxiləni istisna edir

Siyasət Materials 31 Oktyabr 2012 15:26 (UTC +04:00)
"Azad Suriya Ordusu" ölkədəki daxili böhrana hərbi, həmçinin istənilən xarici müdaxiləni tam istisna edir.
"Azad Suriya Ordusu" ölkədəki böhrana xarici müdaxiləni istisna edir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A.Tağıyeva/

"Azad Suriya Ordusu" ölkədəki daxili böhrana hərbi, həmçinin istənilən xarici müdaxiləni tam istisna edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azad Suriya Ordusu"nun rəhbərlərindən biri Yasər Əbbud "əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

"Suriyada baş verən hadisələr ölkənin daxili böhranıdır və biz istənilən xarici müdaxiləni istisna edirik. "Azad Suriya Ordusu" rejimi devirmək iqtidarındadır", - Əbbud qeyd edib.

"Azad Suriya Ordusu"nun digər ölkələrdən istədiyi yeganə şey üsyançıların müsdafiəsi və rejimi devirmək üçün müxalifətin silah-sursatla təchiz edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti