...

Gürcüstanda patrul polisinə yeni rəis təyin edilib

Siyasət Materials 31 Oktyabr 2012 19:02 (UTC +04:00)
David Sinaridze Gürcüstan patrul polisinin yeni rəisi təyin edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstan daxili işlər naziri İraklı Qaribaşvili brifinqdə deyib.
Gürcüstanda patrul polisinə yeni rəis təyin edilib

Gürcüstan, Tbilisi, 31 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

David Sinaridze Gürcüstan patrul polisinin yeni rəisi təyin edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstan daxili işlər naziri İraklı Qaribaşvili brifinqdə deyib.

"Patrul əvvəlki kimi öhdəliklərini yerinə yetirməlidir və "Gürcü arzusu"nun parlament seçkilərində qalib gəlməsindən sonra əhalini bürüyən eyforiyadan çıxmaq lazımdır. Siz qanunu qorumalı və istənilən pozuntunun qarşısını almalısınız. Bu işdə sizə dəstəyim təmin edilib", - daxili işlər naziri Sinaridzeyə müraciət edərək bildirib.

Qeyd edək ki, bir həftə bundan əvvəl Georgi Qriqalaşvili patrul polisinin rəisi vəzifəsindən gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti