Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Milli Məclisin (MM) iclasında "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov layihə barədə məlumat verib.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında" 2012-ci il martın 19-da imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.