...

Suriya ordusunun 7 generalı Türkiyə sərhədini keçib

Siyasət Materials 6 Noyabr 2012 17:27 (UTC +04:00)
Suriya ordusunun yeddi generalı Türkiyə sərhədini keçərək. özlərinin müxalifət tərəfə keçdiklərini bəyan ediblər.
Suriya ordusunun 7 generalı Türkiyə sərhədini keçib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya ordusunun yeddi generalı Türkiyə sərhədini keçərək, özlərinin müxalifət tərəfə keçdiklərini bəyan ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Haberturk" qəzeti xəbər verir.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, generallar Türkiyənin Hatay vilayətində suriyalı qaçqınlar üçün yaradılan Aydın düşərgəsinə göndəriliblər.

Generallarla yanaşı, Türkiyə sərhədini 22 yaralı suriyalı qaçqın da keçib. Onların arasında qadınlar və uşaqlar da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti