...

Azərbaycan fəxri adlarının döş nişanları təsviri və eskizlərində dəyişikiklər edildi (FOTO)

Siyasət Materials 13 Noyabr 2012 20:45 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2003-cü il 9 iyun tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan fəxri adlarının döş nişanları təsviri və eskizlərində dəyişikiklər edildi (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2003-cü il 9 iyun tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" fərmanda aşağıdakı dəyişikliklər edilsin:

- 3-cü hissənin on doqquzuncu abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda iyirminci abzas əlavə edilsin:

"Əməkdar tibb işçisi" fəxri adının döş nişanı və vəsiqəsi - 300 ədəd.";

Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası fəxri adlarının döş nişanlarının təsviri"nin birinci - dördüncü hissələri aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının fəxri adlarının ("Əməkdar pilot" fəxri adı istisna olmaqla) döş nişanları hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanlarının diametri 40 mm, qalınlığı 3 mm-dir. "Xalq yazıçısı", "Xalq şairi", "Xalq artisti", "Xalq rəssamı", "Əməkdar elm xadimi", "Əməkdar incəsənət xadimi" fəxri adlarının döş nişanları, üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən, "Əməkdar artist", "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar memar", "Əməkdar dövlət qulluqçusu", "Əməkdar bədən tərbiyəsi və idman xadimi", "Əməkdar jurnalist", "Əməkdar mühəndis", "Əməkdar hüquqşünas", "Əməkdar kənd təsərrüfatı işçisi", "Əməkdar tibb işçisi" fəxri adlarının döş nişanları, üstü göy minalı olmaqla, gümüş suyuna çəkilmiş bürüncdən hazırlanır.

"Əməkdar pilot" fəxri adı istisna olmaqla, fəxri adların döş nişanlarının üz tərəfinin mərkəzində, növünə müvafiq olaraq, qızılı və ya gümüşü rəngdə, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.

Döş nişanlarının arxa tərəfi hamardır, ortasında relyefli metal dairənin üstündə müvafiq fəxri ad həkk olunub. Döş nişanı paltarın yaxasına bərkidilmək üçün elementi olan, aşağıya doğru müəyyən bucaq altında kəsilən 37 mm x 50 mm ölçülü xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Qızıl suyuna çəkilmiş döş nişanları üçün göy xara lentin üzərində 6 mm enində dörd qırmızı şaquli zolaq, gümüş suyuna çəkilmiş döş nişanları üçün göy xara lentin sağ və sol kənarlarında 2 mm enində üç qırmızı şaquli zolaq çəkilib. Xara lentin üst hissəsinə 4 mm enində qızılı və ya gümüşü rəngli təbəqə bərkidilir.

Həmin Fərmanla təsdiq edilmiş "Xalq yazıçısı", "Xalq şairi", "Xalq artisti", "Xalq rəssamı", "Əməkdar elm xadimi", "Əməkdar incəsənət xadimi", "Əməkdar artist", "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar memar", "Əməkdar dövlət qulluqçusu", "Əməkdar bədən tərbiyəsi və idman xadimi", "Əməkdar jurnalist", "Əməkdar mühəndis", "Əməkdar hüquqşünas" fəxri adlarının döş nişanlarının eskizləri ləğv edilir.

"Xalq yazıçısı", "Xalq şairi", "Xalq artisti", "Xalq rəssamı", "Əməkdar elm xadimi", "Əməkdar incəsənət xadimi", "Əməkdar artist", "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar memar", "Əməkdar dövlət qulluqçusu", "Əməkdar bədən tərbiyəsi və idman xadimi", "Əməkdar jurnalist", "Əməkdar mühəndis", "Əməkdar hüquqşünas" fəxri adlarının döş nişanlarının yeni eskizləri, "Əməkdar kənd təsərrüfatı işçisi" və "Əməkdar tibb işçisi" fəxri adlarının döş nişanlarının eskizləri həmin fərmana əlavə edilir.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti