...

Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Siyasət Materials 26 Noyabr 2012 18:05 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkunun rəhbərik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkunun rəhbərik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov nümayəndə heyətini ölkəmizdə salamlayıb və Azərbaycan və QDİƏT arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.

Görüşdə regional və beynəlxalq məsələlər, təşkilatın səmərəliliyinin daha da artırılması və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, bu çərçivədə regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin rolu qeyd edilib.

Xarici işlər naziri təşkilata üzv ölkələr arasında bir sır sahələrdə, xüsusilə enerji, ətraf mühitinin mühafizəsi, informasiya-kommunikasiya texnologiyaları və mədəni irsin qorunması sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti