Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai işlər üzrə müavini Bey Fenq dekabrın 4-də üçgünlük səfərlə Azərbaycana gələcək. Bu barədə bazar ertəsi Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirliyin məlumatında deyildiyi kimi, Fenq Azərbaycana səfəri çərçivəsində yalnız Bakıya deyil, Sumqayıt və Salyana da səfər edəcək və səfər tanışlıq xarakteri daşıyacaq.
"Xanım Fenq ABŞ-ın Azərbaycandakı səfirliyinin xalq diplomatiyası sahəsindəki işi ilə tanış olacaq", - səfirliyin nümayəndəsi bildirib.
Fenq tələbələrlə, ABŞ səfirliyinin ingilis dili üzrə proqramının və ABŞ hökumətinin təhsil proqramlarının iştirakçısı olan tələbələrlə görüşəcək.
O, regiona səfəri çərçivəsində Tbilisi və Yerevana da səfər edəcək.