...

Gürcüstanın müdafiə naziri Azərbaycana dəvət olunub

Siyasət Materials 14 Dekabr 2012 19:35 (UTC +04:00)
Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Alasaniya bu gün Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynovu qəbul edib.
Gürcüstanın müdafiə naziri Azərbaycana dəvət olunub

Gürcüstan, Tbilisi, 14 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Alasaniya bu gün Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynovu qəbul edib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tərəflər iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın gələcək perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Səfir Azərbaycanın müdafiə naziri adından İrakli Alasaniyanı Bakıya səfərə dəvət edib.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti