...

Ukraynanın “Kiyevskiy Teleqraf” qəzeti 20 Yanvar hadisələri barədə məqalə dərc edib

Siyasət Materials 19 Yanvar 2013 16:42
Ukraynanın tanınmış qəzetlərindən olan “Kiyevskiy Teleqraf” 20 Yanvar hadisələrinin xronikası və təhlilini verən “Есть преступление – нет наказания” başlıqlı məqalə dərc edib.
Ukraynanın “Kiyevskiy Teleqraf” qəzeti 20 Yanvar hadisələri barədə məqalə dərc edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Ukraynanın tanınmış qəzetlərindən olan "Kiyevskiy Teleqraf" 20 Yanvar hadisələrinin xronikası və təhlilini verən "Есть преступление - нет наказания" başlıqlı məqalə dərc edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, qanlı faciəni əks etdirən çoxlu fotoşəkillərlə müşayiət olunan məqalənin müəllifi Kiyev Milli Aviasiya Universitetinin professoru, siyasi elmlər doktoru Arif Quliyevdir.

Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində yaranmağa başlamış ilk xalq həyəcanlarından 20 yanvaradək gələn yol və həmin dövrdə Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqına divan tutmaq, onun gözünü qorxudaraq azadlıq ruhunu qırmaq niyyətləri geniş əks etdirilir. Yazıda həmin dövrdə SSRİ mətbuatının, dünyanın bir sıra ölkələrinin Azərbaycan xalqının başına gətirilən bu fəlakətə biganə qalması, lazımınca təpki göstərməməsi şərh edilir və yalnız ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində kommunist rejiminin bu qanlı aktını qətiyyətlə ifşa etdiyi vurğulanır. Sonrakı illərdə də məhz Heydər Əliyevin təşəbbüsü ilə bu hadisələrə siyasi-hüquqi qiymət verildiyi məqalədə öz əksini tapır.

Məqalə müəllifi eyni zamanda özünün şahidi olduğu hadisələri təsvir edir və təhlillərini verməklə də bu cəzasız qalmış cinayətin bütün anatomiyasını Ukrayna oxucularına çatdırır.

http://telegrafua.com/world/13691/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti