...

İvanişvili Abxaziyadan keçən dəmiryolunun bərpa edilməsini hamı üçün sərfəli hesab edir

Siyasət Materials 5 Fevral 2013 19:07 (UTC +04:00)
Abxaziya ərazisindən keçməklə Gürcüstan və Rusiya arasında dəmiryol əlaqəsinin bərpa edilməsi bütün tərəflər üçün müsbət haldır, lakin bunun üçün vaxt tələb olunur.
İvanişvili Abxaziyadan keçən dəmiryolunun bərpa edilməsini hamı üçün sərfəli hesab edir

Gürcüstan, Tbilisi, 5 fevral /Trend, müxbir N.Kirsxaliya/

Abxaziya ərazisindən keçməklə Gürcüstan və Rusiya arasında dəmiryol əlaqəsinin bərpa edilməsi bütün tərəflər üçün müsbət haldır, lakin bunun üçün vaxt tələb olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstanın Baş naziri Bidzina İvanişvili mətbuat konfransında deyib.

"Ölkənin ziyanına heç nə edilməyəcək. Yolun bərpası hamı üçün faydalı olacaq. Bu, müsbət hal olcacaq, lakin bunun üçün müəyyən vaxt lazımdır. Hər hansı problemin yaranmaması üçün hər şey mərhələli şəkildə həll ediləcək", - o qeyd edib.

İvanişvili Rusiya ilə bir sıra mübahisəli məsələlərin nizamlanmasından sonra dəmiryol marşrutunun Abxaziya ərazisindən keçən hissəsinin bərpa edilməsi ehtimalı barədə bəyanat verib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili Abxaziya ərazisindən keçən dəmiryolunda hərəkətin bərpa edilməsinin əleyhinədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti