...

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Diplomatik Akademiyasında olub (FOTO)

Siyasət Materials 8 Fevral 2013 22:45 (UTC +04:00)
Fevralın 8-də Serbiyanın Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç Azərbaycan Diplomatik Akademiyasında (ADA) olublar. Akademiyanın rektoru professor Hafiz Paşayev Serbiya Prezidentini və xanımını salamlayıb, ölkələrimiz arasındakı əlaqələrin perspektivlərindən danışıb.
Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Diplomatik Akademiyasında olub (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Fevralın 8-də Serbiyanın Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç Azərbaycan Diplomatik Akademiyasında (ADA) olublar.

Akademiyanın rektoru professor Hafiz Paşayev Serbiya Prezidentini və xanımını salamlayıb, ölkələrimiz arasındakı əlaqələrin perspektivlərindən danışıb. Bildirilib ki, yaxın vaxtlarda hər iki ölkənin diplomatik akademiyaları arasında tələbə və müəllim mübadiləsi aparılacaq. Qeyd edilib ki, ADA-da Serbiyanın məşhur yazıçısı və diplomatı İvo Andriçə həsr edilmiş "İvo Andriç - yazıçı, yoxsa diplomat" adlı sərgi xalqlarımız arasında humanitar münasibətlərin daha da dərinləşməsinə təkan verəcək.

Serbiyanın Prezidenti Tomislav Nikoliç çıxışında dünya şöhrətli yazıçı İvo Andriçə həsr edilən sərginin təşkilinə görə minnətdarlığını bildirib. Serbiya dövlətinin başçısı vurğulayıb ki, İvo Andriç ölkəsinin tarixi ilə bağlı insan talelərini və problemlərini bütün dolğunluğu ilə açmağa imkan verən epik istedadının gücünə görə Nobel mükafatına layiq görülüb.

Prezident Tomislav Nikoliç İvo Andriçin ictimai xadim kimi də böyük nüfuz qazandığını diqqətə çatdırıb. Bildirilib ki, İvo Andriç "Durna körpüsü", "Travnitska", "Yeni tarixçələr" kimi əsərləri ilə ədəbiyyat aləminə öz töhfəsini verib. Avropanın 40-dan çox ölkəsində onunla bağlı sərgilər keçirilmişdir. 2013-cü ildə isə İvo Andriçə həsr edilmiş ilk sərgi Azərbaycanda təşkil olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti