...

Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 14 Fevral 2013 12:29 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Camalov görüş zamanı Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Camalov görüş zamanı Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə ətraflı məlumat verib.

Səmimi və mehribanlıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti