...

Kolumbiyalı senator Xocalı soyqırımı ilə bağlıl Azərbaycan rəhbərliyinə məktub göndərib

Siyasət Materials 19 Fevral 2013 11:46 (UTC +04:00)
Kolumbiya parlamentinin Xarici əlaqələr komitəsinin üzvü Aleksandra Pirakive Azərbaycan Prezidenti İlham Əliyevə və spiker Oqtay Əsədova Kolumbiya xalqının Xocalı soyqırımı ilə bağlı həmrəyliyini ifadə edən məktub göndərib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çərşənbə axşamı brifinqdə bəyan edib.
Kolumbiyalı senator Xocalı soyqırımı ilə bağlıl Azərbaycan rəhbərliyinə məktub göndərib

Azərbaycan, Bakı, 19 fevral / Trend, müxbir S.Ağayeva/

Kolumbiya Parlamentinin Xarici əlaqələr komitəsinin üzvü Aleksandra Pirakive Azərbaycan Prezidenti İlham Əliyevə və spiker Oqtay Əsədova Kolumbiya xalqının Xocalı soyqırımı ilə bağlı həmrəyliyini ifadə edən məktub göndərib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çərşənbə axşamı brifinqdə bəyan edib.

"Məktubda habelə Azərbaycan xalqına Xocalı soyqırımı ilə bağlı dərin başsağlığı ifadə edilib", - Abdullayev deyib.

Kolumbiyalı senator öz məktubunda gələcəkdə belə faciənin prevensiyasının əhəmiyyətini qeyd edir.

Abdullayevin sözlərinə görə, bundan əvvəl Kolumbiya senatı öz qərarında Xocalı soyqırımı faktını və faciənin günahkarlarını pisləmişdi.

2012-ci ilin aprelində Kolumbiya senatı Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı qərar qəbul etmiş, Xocalı hadisələrini soyqırım aktı kimi tanımışdı.

"Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır və onların sayının bundan sonra da artacağına şübhə yoxdur. İnsanlığa qarşı bu faciənin günahkarları Azərbaycan və dünya ictimaiyyəti qarşısında cavab verəcəklər və bu, Bakının xarici siyasətinin istiqamətlərindən biridir", - Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti