...

Gürcüstan Müdafiə Nazirliyi Əfqanıstanda hərbçilərin ölümü barəsində məlumatı təkzib edib

Siyasət Materials 10 Mart 2013 13:07 (UTC +04:00)
Gürcüstan Müdafiə Nazirliyi Əfqanıstanda hərbçilərin ölümü və yaranladığı barəsində məlumatı təstiq etməyib.
Gürcüstan Müdafiə Nazirliyi Əfqanıstanda hərbçilərin ölümü barəsində məlumatı təkzib edib

Gürcüstan, Tbilisi, 10 mart /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan Müdafiə Nazirliyi Əfqanıstanda hərbçilərin ölümü və yaranladığı barəsində məlumatı təstiq etməyib.

Əfqanıstanda iki gürcü hərbçisinin ölümü və üçünün yaralanması barəsində "Islamic Emirate of Afghanistan" tərəfindən yayılan məlumat həqiqətə uyğun deyil. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstan müdafiə naziri İrakli Alasaniya jurnalistləri yoxlanılmamış məlumatı verməkdən çəkinməyə çağırıb.

"Sizdən xahiş edirəm ki, bizim opponentlərimizin yaydığı məlumatlara əsaslanmayasınız. Gürcü hərbçilərinin hamısı sağ və salamatdı", Alasaniya deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti