...

Azərbaycan və Gürcüstan arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 18 Mart 2013 16:14 (UTC +04:00)
Martın 18-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Gürcüstan arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Martın 18-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti