...

İtaliya prezidenti hökumətin formalaşdırılmasını demokratlara həvalə edib

Siyasət Materials 22 Mart 2013 22:21 (UTC +04:00)
İtaliya prezidenti Corco Napolitano yeni milli hökumətin formalaşdırılmasını tanınmış siyasətçi, Demokratik Partiyanın lideri Pyer Luici Bersaniyə həvalə edib.
İtaliya prezidenti hökumətin formalaşdırılmasını demokratlara həvalə edib

Azərbaycan, Bakı, 22 mart /Trend/

İtaliya prezidenti Corco Napolitano yeni milli hökumətin formalaşdırılmasını tanınmış siyasətçi, Demokratik Partiyanın lideri Pyer Luici Bersaniyə həvalə edib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, prezident bu qərarını parlamentin hər iki palatasının üzvlərinin və bütün siyasi partiyaların liderlərinin birgə toplantısında keçirilmiş ikigünlük məsləhətləşmələrdən sonra verib.

Demokratik Partiyanın lideri Pyer Luici Bersani prezidentlə görüşü zamanı deyib ki, onun partiyası hökumətin formalaşdırılması məsuliyyətini üzərinə götürməyə hazırdır.

Qeyd edək ki, Pyer Luici Bersani yaxın 2-3 gün ərzində hökumətin formalaşdırılması və parlamentdə təsdiq edilməsi üçün danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti