...

NATO Azərbaycanı öz hərbi sistemini alyansın standartlarına uyğunlaşdırmağa çağırır

Siyasət Materials 4 Aprel 2013 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

NATO ilə əməkdaşlıq yüksək səviyyədədir. NATO Azərbaycanı öz hərbi sistemini NATO standartlarına uyğunlaşdırmağa çağırır. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin (NATO-nun Əlaqələndirici Səfirliyi) birgə təşkil etdiyi "Cənubi Qafqaz və onun ətrafinda geosiyasi vəziyyətin formalaşdirilmasinda NATO-nun rolu" mövzusunda keçirilən konfrasda çıxışı zamanı Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun ölkəmizdəki əlaqələndiricisi Daniel Kristian Çobanu deyib.

O bildirib ki, Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq yüksək səviyyədə davam edir və bu əməkdaşlığın artırılması üçün bir sıra layihələr nəzərdə tutulub. Çobanu sözlərinə əlavə edib ki, Azərbaycan hərbi sistemini inkişaf etdirmək üçün onu NATO standartlarına uyğunlaşmalıdır.

"Bakının NATO-ya ehtiyacı var. NATO da hərbi sahədə öz layihələri ilə Azərbaycana dəstək verir və verməkdə davam edəcək", - NATO-nun əlaqələndiricisi əlavə edib.

Səfirin sözlərinə görə, Azərbaycan ilə NATO arasında əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edir.

Diplomat bildirib ki, bu, Azərbaycanın Avroatlantika qurumuna inteqrasiyasının uğurlu olduğunu göstərir.

"NATO çərçivəsində ən böyük məsələlər təhlükəsizlik çağırışlarıdır. Bu məsələlərə kiber təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə daha çox üstünlük təşkil edir. Bu istiqamətdə Azərbaycan NATO ilə çox fəal əməkdaşlıq qurub. Eyni zamanda müdafiə və təhlükəsizlik sahəsində islahatlar da NATO-nun dəstəyi ilə Azərbaycan və NATO arasında əməkdaşlığın genişlənməsinə kömək edir", - NATO-nun Azərbaycandakı əlaqələndiricisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti