...

İraqda hökumət əleyhinə nümayişlər zamanı 26 nəfər ölüb

Siyasət Materials 23 Aprel 2013 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A. Tağıyeva/

İraqın Kərkük əyalətində yüzlərlə insanın iştirakı ilə hökumət əleyhinə nümayişlər keçirilir.

Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, nümayiş iştirakçıları hökuməti sünniləri sıxışdırmaqda ittiham edirlər.

Etirazçılar ilə ordu arasında baş vermiş toqquşmalar nəticəsində ən azı 26 nəfər ölüb, xeyli sayda yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti