...

Azərbaycan ilə Rumıniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Siyasət Materials 26 Aprel 2013 17:07 (UTC +04:00)
Aprelin 26-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizə səfərə gəlmiş Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Rumıniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 26-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizə səfərə gəlmiş Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu bildirilməklə, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.

Söhbət zamanı görülən işlər və perspektivlər müzakirə edilməklə, energetika, kənd təsərrüfatı, maşınqayırma, ticarət, turizm və başqa sahələrdə, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə çatdırılıb.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə bəzi beynəlxalq qurumların problemə ikili standartla yanaşdığını xatırladıb və məsələnin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün təmin olunması şərtləri ilə həllinə alternativ olmadığını vurğulayıb.

Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti