...

ABŞ daha da çiçəklənən dünyanın və sülhün yaradılması üçün Azərbaycanla əməkdaşlığa ümid edir

Siyasət Materials 24 May 2013 05:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri cümə günü Azərbaycan xalqını 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin rəsmi saytında dərc olunan bəyanatda deyilir.

Bəyanatda qeyd olunur: "ABŞ və Azərbaycan şəffaf tərəfdaşlıq əlaqələri yaradıblar və biz Azərbaycanın müstəqilliyini dəstəkləmək və kömək etmək, demokratik institutları möhkəmləndirmək və iqtisadi islahatlara yardım etməkdə tam qərarlıyıq. Biz Azərbaycana təhlükəsizlik məsələləri, xüsusilə də Əfqanıstanın gələcəyinə sadiqliyinə görə minnətdarıq. Belə ki, bizim ordularımız sülh və təhlükəsizlik naminə çiyin-çiyinə dayanırlar".

Bəyanatda bildirilir ki, ikitərəfli enerji əməkdaşlığı gələn ay "Cənub qaz dəhlizi" layihəsinin nəticəsinin məlum olması ilə daha bir mərhələyə yüksələcək.

Təbrikdə ABŞ-ın daha da çiçəklənən dünyanın və sülhün yaradılması üçün Azərbaycanla əməkdaşlığa ümid etdiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti