...

ABŞ Türkiyədə nümayişçilərə qarşı həddən artıq güc tətbiqi edilməsindən narahatdır

Siyasət Materials 3 İyun 2013 22:34 (UTC +04:00)
ABŞ Türkiyədə nümayişçilər və polis arasında baş vermiş toqquşmalar barədə daxil olan xəbərlərdən narahatdır.
ABŞ Türkiyədə nümayişçilərə qarşı həddən artıq güc tətbiqi edilməsindən narahatdır

Azərbaycan, Bakı, 3 iyun /Trend/

ABŞ Türkiyədə nümayişçilər və polis arasında baş vermiş toqquşmalar barədə daxil olan xəbərlərdən narahatdır. Trend-in RİA Novosti agentliyinə verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bazar ertəsi bildirib.

" ABŞ Türkiyədə polis tərəfindən nümayişçilərə qarşı həddən artıq güc tətbiqi barədə daxil olan xəbərlərdən narahatdır",- Kerri Vaşinqtonda jurnalistlərə deyib.

Onun sözlərinə görə, ABŞ bütün tərəfləri səbəbsiz hərəkətlərdən çəkinməyə çağırır və polis tərəfindən güc tətbiq edilməsinin araşdırılmasına ümid edir.

Türkiyədə Taksim Gezi parkı ilə bağlı baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 115 əməkdaşı yaralanıb, xəsarət alan 58 vətəndaşa da xəstəxanalarda tibbi yardım göstərilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq 730 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti