...

İrakli Alasaniya: Gürcüstanın ISAF missiyasında iştirakı üzrə əsas plan Azərbaycan və Türkiyə ilə birgə dəmiryolun bərpasıdır

Siyasət Materials 27 İyun 2013 05:17 (UTC +04:00)
Gürcüstanın 2014-cü ildən sonra ISAF missiyasında iştirak etməsi üzrə əsas plan Azərbaycan və Türkiyə ilə birgə dəmiryolun bərpa edilməsidir.
İrakli Alasaniya: Gürcüstanın ISAF missiyasında iştirakı üzrə əsas plan Azərbaycan və Türkiyə ilə birgə dəmiryolun bərpasıdır

Gürcüstan, Tbilisi, 27 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın 2014-cü ildən sonra ISAF missiyasında iştirak etməsi üzrə əsas plan Azərbaycan və Türkiyə ilə birgə dəmiryolun bərpa edilməsidir. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya jurnalistlərin ölkənin 2014-cü ildən sonra planları barədə sualına cavabında deyib.

İ.Alasaniya qeyd edib: "Baş nazir Əfqanıstandan canlı qüvvə və silahların geriyə tranziti üçün istifadə olunacaq yeni dəmiryolun inşasından sonra Gürcüstan, Azərbaycan və Türkiyənin planlarından danışdı. Biz NATO komandanlığının operativ planı təqdim etməsini gözləyirik. Qeyd edim ki, biz yalnız yardım və təlim əməliyyatlarına daxil olacağıq".

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu ilə Əfqanıstandan yüklərin və canlı qüvvələrin çıxarılmasının təmin edilməsi zəruri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti