...

Yeni Azərbaycan Partiyası prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına sentyabrın sonlarından başlayacaq

Siyasət Materials 16 İyul 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına sentyabrın 18-20-dən başlayacaq. Trend-in məlumatına görə, bu barədə YAP Xətai rayon təşkilatında prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı keçirilən seminarda partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Qurbanlı deyib ki, Azərbaycanda keçirilən bütün seçkilərdə seçici fəallığı yüksək olur.

O, YAP-ın prezidentliyə namizədi İlham Əliyevə səs verəcək şəxslərlə bağlı proqnozlarını da açıqlayıb.

YAP rəsmisi deyib ki, onlar YAP üzvü olan 600 mindən çox şəxs, həmçinin Prezident İlham Əliyevin siyasətini dəstəkləyən milyonlarla bitərəf, başqa partiya üzvləri olanlar və digər vətəndaşlardır.

İcra katibinin müavini vurğulayıb ki, aparılan hesablamalar zamanı istər radikal, istərsə də konstruktiv müxalifət partiyalarının təmsilçiləri, yəni YAP namizədinə səs verməyəcək şəxslərin ümumi səsvermə hüququ olan şəxslərin sayının cəmi 4 faizini təşkil etdiyi müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti