...

Con Kerri: Suriya müxalifəti xeyli silah əldə edib

Siyasət Materials 18 İyul 2013 06:48 (UTC +04:00)
Suriya müxalifəti son həftələrdə xeyli silah əldə edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Con Kerri: Suriya müxalifəti xeyli silah əldə edib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Suriya müxalifəti son həftələrdə xeyli silah əldə edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Kerri bəyan edib: "Bildiyim qədərilə son həftələr ərzində əhəmiyyətli sayda müxtəlif növ silah-sursat Suriya müxalifətinə çatıb".

Yalnız "Suriyanın dostları" qrupunu qeyd edən dövlət katibi söhbətin məhz hansı tədarükdən getdiyini dəqiqləşdirməyib.

Onun sözlərinə görə, ABŞ-da hərbi yardım üzrə qərarın qəbul edilməsi gözləniləndən çox vaxt tələb edir. Kerri xatırladıb ki, bu qərar Konqresdən keçməlidir.

Dövlət katibi, eyni zamanda, münaqişənin siyasi yolla nizamlanacağına ümid etdiyini bildirib: "Biz hələ də inanırıq ki, dərhal danışıqlar masası arxasında əyləşmək, zorakılığa son qoymaq və keçid hökuməti istiqamətində hərəkət etmək lazımdır".

Xəbər lenti

Xəbər lenti