...

Nazir: Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənaye sahəsində əməkdaşlıq etməlidirlər

Siyasət Materials 2 Avqust 2013 17:42
Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənaye sahəsində üçtərəfli əməkdaşlıq formatı yaratmalıdırlar.
Nazir: Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənaye sahəsində əməkdaşlıq etməlidirlər

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 2 avqust /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənaye sahəsində üçtərəfli əməkdaşlıq formatı yaratmalıdırlar. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya "Eurasianet"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan hərbi sənaye sahəsində Azərbaycanın təcrübəsini qəbul etməyi planlaşdırır.

Alasaniya bildirib: "İndiki mərhələdə əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşır. Lakin zənnimcə, biz birgə maraqlı məsələlər üzərində işləməli olacağıq. Gürcüstan və Azərbaycan oxşar çağırışlarla üz-üzədir və ölkələrin prioritetləri də bənzərdir: biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, mövcud strateji layihələrin təhlükəsizliyini qorumalıyıq. Məhz buna görə hesab edirəm ki, müdafiə sahəsində əməkdaşlıq birgə regional layihələrin təhlükəsizliyi üçün müsbət nəticə verəcək".

Nazir deyib ki, Gürcüstan birgə layihələri həyata keçirmək üçün Estoniya və Türkiyənin hərbi müəssisələri ilə danışıqlar aparacaqlar: "Bizim estoniyalı tərəfdaşlarımızla sıx əməkdaşlığımız var. İsraillə əlaqələri dərinləşdirmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti