...

Beynəlxalq təşkilat Azərbaycanda prezident seçkilərini monitorinqini aparacaq

Siyasət Materials 15 Avqust 2013 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

MDB Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı Filialı Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqinə başlayıb.

Filialdan Trend-ə verilən məlumata görə, monitorinq çərçivəsində Bakı Filialının Bakıda və respublikanın 5 bölgəsində: Sumqayıt, Qusar, Gəncə, Şəki və Lənkəranda ekspertlər qrupunun qərargahları yaradılıb.

Qərargahlarda fəaliyyət göstərən ekspertlər təsdiq olunmuş plana əsasən, prezident seçkilərinin təşkili və keçirilməsinin uzunmüddətli monitorinqini həyata keçirirlər. Qərargahların fəaliyyəti oktyabrın 10-dək davam edəcək. Aparılan monitorinqlərin nəticələri MDB PAA-nın aralıq hesabatında öz əksini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti