Azərbaycan, Bakı, 19 avqust /Trend/
Türkiyənin baş nazirinin köməkçisi Bülənt Arınc jurnalistlərə açıqlamasında deyib ki, bu ölkənin Misirə təyin edilmiş səfiri Hüseyin Avni Botsalının Qahirəyə geri dönməsi hazırda müzakirə edilmir.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Arınc deyib ki, bu məsələyə hadisələrin gedişatından asılı olaraq baxılacaq.
Arınc, eyni zamanda, Livanda qaçırılan iki türk pilotu ilə bağlı sualı cavablandırarkən deyib ki, onlar yaxın zamanlarda ailəsinə qayıdacaq.
"Təhlükəsiz bir şəkildə dostlarımızla əlaqə saxladıq, onların həyatda və harada olduqlarını bilirik" - deyə o, əlavə edib.