Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Tağıyeva/
Suriyada zorakılığın dayandırılması üçün dünya birliyi daha sərt tədbirlər görməlidir.
Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Danimarkanın Baş naziri Helle Torninq-Şmitlə apardığı telefon danışığı zamanı bildirib:
"Suriya Prezidenti Bəşər Əsəd tərəfindən kimyəvi silahların tətbiqi Suriya böhranında son damla oldu. Bundan sonra daha sərt tədbirlər qəbul olunmalıdır".
Bundan əlavə, Ərdoğan Böyük Britanıyanın Baş naziri Devid Kemeronla da telefon danışığı aparıb. Danışıq zamanı tərəflər Suriyada qan tökülməsini səssizcə müşahidə etməyin qeyri- insani hal olduğu və yaxın vaxtlarda Suriyada zorakılığın dayandırılması barədə razılığa gəliblər.