Azərbaycan, Bakı, 31 avqust /Trend/
ABŞ prezidenti Barak Obama bildirib ki, BMT TŞ Suriya ilə bağlı qərar qəbul etmək gücündə deyil. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib.
"Bu günə qədər BMT TŞ-nin beynəlxalq normaların pozulmasına baxmayaraq, fəaliyyətsizliyini müşahidə etdik" - deyə Obama bildirib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə fəaliyyətsizlik beynəlxalq normaların əhəmiyyətsizliyini ortaya qoyur.
Obama həmçinin, deyib ki, ABŞ Suriya məsələsinin həllində digər ölkələrlə razılıq əldə etmək istərdi.