...

MDB-dən olan müşahidəçilər Azərbaycanda işə başlayıblar

Siyasət Materials 2 Sentyabr 2013 21:03 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyasının uzunmüddətli müşahidəçilər qrupu sentyabrın 1-dən 7-dək Azərbaycanda səfərdədir.
MDB-dən olan müşahidəçilər Azərbaycanda işə başlayıblar

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

MDB Parlamentlərarası Assambleyasının uzunmüddətli müşahidəçilər qrupu sentyabrın 1-dən 7-dək Azərbaycanda səfərdədir. Bu barədə Trend bazar ertəsi MDB Parlamentlərarası Assambleyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Uzunmüddətli müşahidəçilərin səfəri çərçivəsində Milli Məclis, Mərkəzi Seçki Komissiyası, Konstitusiya Məhkəməsi, Prokurorluq, prezidentliyə namizədini irəli sürmüş partiya qərargahlarında və qeyri-hökumət təşkilatları ilə görüşlər planlaşdırılıb.

Bakıdan başqa, müşahidəçilərdən ibarət qrup Gəncə və Lənkəran şəhərlərinə səfər edəcəklər. Burada onlar rayon administrasiyasının rəhbərləri ilə görüşəcəklər. Dairəvi seçki komissiyaları və seçki məntəqələrinə baş çəkilməsi də planlaşdırılıb.

Görüşlərdə seçkilərin təşkili üzrə təqvim planının yerinə yetirilməsi, seçki komissiyalarının komplektləşdirilməsi, komissiyalarda partiya nümayəndəlikləri prinsipinə riayət edilməsi, qanunun tətbiqi, seçki mübahisələrinin həlli, texniki təchizat, məhdud imkanlı şəxslər üçün yaradılmış şərait, seçki siyahısı və xüsusi məntəqələrin formalaşdırılması, uçotdan çıxma vəsiqələrindən istifadə məsələləri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti