...

Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2013 14:13 (UTC +04:00)
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlmişdir.
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülmüş, 4 müasir fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi quraşdırılmış, Bayraq Kompleksi inşa olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti