Gürcüstan, Tbilisi, 4 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın Baş naziri Bidzina İvanişvili azərbaycanlıların ölkə hökumətində vəzifəyə təyin olunması prosesini davam etdirmək niyyətindədir.
Trend-in məlumatına görə, B.İvanişvili jurnalistlərə açıqlamasında bildirib ki, bu proses Baş nazirin müşavirinin təyin olunması ilə başlayıb və davam etdiriləcək.
Baş nazir deyib: "Azərbaycanlılar Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır və onlar da hamı kimi nazir müavini və nazir ola bilərlər. Hər şey onların peşəkarlığından asılıdır. Bizim hökumətimizdə milli mənsubiyyətlə bağlı heç bir məhdudiyyət yoxdur".