...

Sarkisyan Aİ ölkələrinin Ermənistandakı səfirləri ilə görüşəcək

Siyasət Materials 10 Sentyabr 2013 15:58 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan sentyabrın 11-də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin ölkədəki səfirləri ilə görüşəcək.
Sarkisyan Aİ ölkələrinin Ermənistandakı səfirləri ilə görüşəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan sentyabrın 11-də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin ölkədəki səfirləri ilə görüşəcək.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, görüş S.Sarkisyanın dəvəti ilə baş tutacaq.

Məlumata görə, görüşdə Aİ-nin ayrı-ayrı ölkələrinin, ümumilikdə isə İttifaqın gələcəkdə Ermənistana münasibətdə mövqeyi müzakirə ediləcək.

Qeyd edək ki, Ermənistan Gömrük İttifaqına daxil olmaq istəyini açıqladıqdan sonra Aİ-nin bir çox struktur və ölkələrinin xeyli sayda vəzifəli şəxsləri rəsmi Yerevana qarşı kəskin bəyanatlarla çıxış etmişdilər.

Ermənistan Prezidenti görüşdə həmin mövqeyi yumşaltmağa çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti