...

Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat ayrılıb

Siyasət Materials 14 Sentyabr 2013 18:51 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.
Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində son 10 ildə Neftçala rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, Mədəniyyət və incəsənət sarayı, şahmat məktəbi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni istehsal müəssisələri yaradılmış, 24 kənddə sutəmizləyici qurğular quraşdırılmış, avtomobil yolları çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür, sərəncamda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti